reklam
Qayınatasını bıçaqlayan kişi ailəsindən pul alıb keçmiş arvadını öldürdü - Qayınatasını bıçaqlayan kişi ailəsindən pul alıb keçmiş arvadını öldürdü - https://take.az/uploads/posts/2024-02/1708111755_e8c4f58526c8b810d4e066c5f41a0b80.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 17-02-2024, 20:00

Qayınatasını bıçaqlayan kişi ailəsindən pul alıb keçmiş arvadını öldürdü -

Qayınatasını bıçaqlayan kişi ailəsindən pul alıb keçmiş arvadını öldürdü -
Kişi boşandığı həyat yoldaşını işlədiyi gözəllik salonunda qətlə yetirib.

Belə ki, Ayşə Mahirlə (Adlar şərtidir) boşandıqdan sonra Bakıya gələrək gözəllik salonlarından birində işləməyə başlayır. Mahir isə davamlı olaraq Ayşəyə zəng edib bir gün ayrıldıqlarına görə cavab verəcəyini deyir.

Mahir Ayşənin iş yerinə gələrək onunla danışmaq istəyir. Ayşə isə Mahirə boşandıqlarını xatırladaraq onu bir də narahat etməməsini söyləyir.

Şəhər kənarındakı hostellərin birində qalan Mahir bir gün sonra Ayşəni yenidən görmək üçün onun işdən çıxma vaxtının çatmasını gözləyir.

Ayşə işdən çıxan kimi boşandıqdan sonra tanış olduğu Ruslan adlı oğlanla görüşüb restorana gedir. Burada söhbət edərkən Mahir onları izləyir. Ağlına müxtəlif fikirlər gələn Mahir Ruslanla Ayşə barədə düşünərək psixoloji vəziyyətinə nəzarət edə bilmir.

Səhər saatlarında Mahir Ayşənin yaşadığı evə yollanaraq işə gedərkən yenidən onu izləməyə başlayır. Daha sonra Ruslanla Ayşənin görüşdüyünü, qucaqlaşdığını görür. Onlara yaxınlaşmaq istəsə də, buna cəsarət etmir.

Sonra Mahir gözəllik salonuna girərək bıçaqla Ayşənin üstünə doğru gəlir. Ayşə qaçmağa çalışsa da, bu, mümkün olmur. Mahir çoxlu bıçaq zərbələri endirərək onu qətlə yetirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
55 50 54 59 54 58

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.