KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 18-02-2024, 17:00

Dünyanı nərdivanla gəzən azərbaycanlı – "Ginnes məni ölkəmə tanıtdı"

Dünyanı nərdivanla gəzən azərbaycanlı – "Ginnes məni ölkəmə tanıtdı"
Üzeyir 1976-ci ildə Bakıda anadan olub. 1988-ci ildə, 12 yaşı olanda ailəsi ilə birlikdə Rusiyaya köçüb. Orta məktəbi və kolleci Moskva şəhərində bitirdikdən sonra Moskva Dövlət Sirkində işləməyə başalyıb. Bu sirk ilə dünyanın bir çox ölkələrinə qastrol səfərinə çıxıb. Müxtəlif nömrələrlə Yaponiyadan tutmuş Kanadaya qədər gəzib, tamaşaçıları öz hünərinə heyran qoyub.

Hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 3 övladı var. Öz dediyinə görə, illərdir vətəndən kənarda yaşasa da, daima Azərbaycan dilində danışıblar və indi də ailəsində övladları ilə doğma dilində danışır.
2015-ci ildə qatıldığı America's Got Talent yarışmasında nərdivanla sərgilədiyi çıxışı ona məşhurluq gətirib. Üzeyir 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

"Kolleci bitirdikdən sonra sırf iş üçün uzun illər xaricdə qastrol səfərlərində olmuşam. Yaponiya, Çin, Kanada, eləcə də bir çox Avropa ölkələrinə getmişəm. Sonra isə ABŞ-yə gəlmək istədim və mənim buradakı işim çox yaxşı qarşılandı. Rekord qazandıqdan sonra qazancım artdı, dünya məni tanıdı. ən sevindiyim cəhət isə bu oldu ki, vətənimdə tanındım. Azərbaycan bayrağını qaldırmaqdan şərəf duyuram" deyə o müsahibələrindən birində bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
281 269 282 279 247 278

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.