reklam
İran quru sərhədlərini hasarlamağa hazırlaşır İran quru sərhədlərini hasarlamağa hazırlaşır https://take.az/uploads/posts/2024-02/1708114080_1708084535iran.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 18-02-2024, 21:00

İran quru sərhədlərini hasarlamağa hazırlaşır

İran quru sərhədlərini hasarlamağa hazırlaşır
İran Quru Qoşunlarının komandanı Kiyumars Heydəri bəyan edib.

O, İranın mehriban qonşuluğa həmişə hörmətlə yanaşdığını, heç vaxt qonşu ölkələri təhdid etmək, onların ərazisinin bir qarışını belə zəbt etmək və ələ keçirmək niyyətində olmadığını bildirib.

"Amma davamlı təhlükəsizliyin təmin edilməsi İran silahlı qüvvələrinin çiyinlərində duran missiyadır. Bu, bəzən dron, ya kameralarla, bəzən də fiziki mövcudiyyət və sərhədlərdə divar çəkilməsi ilə həyata keçirilir", - deyə o bildirib.

Heydəri vurğulayıb ki, sərhədlərdə təhlükəsizliyin necə qorunacağı məsələlərinə İran dövləti qərar verir.

"Biz sərhədlərimizi çəkmək istəyirik və bunu da həyata keçiririk. Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil. Çünki bütün ölkələrdə öz səlahiyyəti və planı əsasında sərhəd çəkmək adi haldır"./

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
46 43 64 38 26 62

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.