Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, qeyd edilən azalma aylıq göstəricidir: "Nəticə çıxarmaq üçün daha çox yarım illik və illik dövrlərə baxılması vacibdir. Aylıq azalma daha çox mövsümi faktorlarla bağlıdır. Mövsümi faktorlar müəyyən aylarda qeyri-neft ixracatının həcminə təsir edir. Həm də nəzərə almalıyıq ki, regionda əvvəlki illərdə müşahidə olunan inflyasiya səviyyəsi ümumi qeyri-neft ixracının dəyərinə təsir göstərirdi".
Ötən il on faiz artım müşahidə etdik
Millət vəkilinin fikrincə, qeyri-neft ixracının artırılması ölkəmiz üçün çox vacibdir: "Azərbaycanda qeyri-neft ixracının artırılması əsas prioritetlərdəndir. Çünki 2026-cı ilədək qeyri-neft ixracının həcminin 5 milyard dollara çatdırılması hədəflənib. Həmçinin qeyri-neft ixracı ölkəmizə daha çox valyutanın daxil olmasına zəmin yaradır. 2023-cü ilin yekunlarında qeyri-neft ixracında 10 faizə yaxın artım müşahidə etdik. Azərbaycana ixracdan daxil olan vəsaitin əhəmiyyətli hissəsi neft sektorunun payına düşür. Bu baxımdan qeyri-neft ixracının artırılması çox vacibdir. Qeyri-neft məhsullarının ixracındakı əsas hədəf illik artıma nail olmaqdır. Xüsusən də nəzərə almalıyıq ki, qeyri-neft ixracının bir hissəsi kənd təsərrüfatı məhsullarıdır. Ona görə də düşünürəm ki, mart ayından etibarən bu istiqamətdəki artımları müşahidə edəcəyik".
Beynəlxalq standartlar tətbiq edilməlidir
V.Bayramov bildirdi ki, bu sektorun inkişafı üçün müəyyən addımların atılmasına ehtiyac var: "Qeyri-neft ixracının artırılması üçün beynəlxalq standartların tətbiqinə ehtiyac duyulur. Azərbaycanda aqrar sektorda çalışan sahibkarlar məhz standartların tam olaraq tətbiq edilməməsinə görə ixracda müəyyən çətinliklər yaşayırlar.