reklam
Diabetin ilk simptomu özünü səhər saatlarında göstərir Diabetin ilk simptomu özünü səhər saatlarında göstərir https://take.az/uploads/posts/2024-02/1708241897_65d0097659e6f65d0097659e72170813272665d0097659e6165d0097659e69.jpg
ice berg

ice berg Sağlamlıq 19-02-2024, 09:00

Diabetin ilk simptomu özünü səhər saatlarında göstərir

Diabetin ilk simptomu özünü səhər saatlarında göstərir
Diabetin ilk simptomu səhər saatlarında özünü göstərir.

Loading.aZ mütəxəssis Abbas Kənaninin bununla bağlı məsləhətlərini təqdim edir.

Diabetin əlamətlərini aşkar etmək həmişə asan olmur. Simptomlar bir çox vəziyyətlərdə ümumidir, buna görə də xəstələr illərlə diabetdən xəbərsiz ola bilərlər. Bundan tez zamanda xəbərdar olmaq üçün yuxudan oyananda, əsasən, müəyyən əlamətlərə diqqət yetirmək əhəmiyyətli olar. Susuzluq və ya aclığın artdığını hiss edirsinizsə, tez-tez tualetə getməyə ehtiyac duyursunuzsa, bu ilkin əlamətlərin göstəricisidir. Hər kəs zaman-zaman susuzluq hiss edə bilər. Ancaq həddindən artıq su istehlak etmək diabetə bir işarədir. Şəkər bədənin yeyilən qidadan istifadə etdiyi enerjinin əsas formasıdır. Ancaq kifayət qədər insulin olmadan vücud enerji üçün qlükoza istifadə edə bilməz. Bu enerji çatışmazlığı insanı daha çox ac olmağa və daha çox yeməyə sövq edə bilər. Mütəxəssislər, şəkərli diabetin xəbərdaredici əlamətlərini duyan hər bir insanın öz həkimi ilə mütləq şəkildə danışmağı, ondan məsləhət almağı tövsiyə edirlər.

Səhər yeməyi diabet xəstələri üçün çox vacibdir, çünki o, qanda şəkər mübadiləsini tənzimləməyə kömək edir. Oyandığımız zaman bədənin qan şəkərinin səviyyəsi təbii olaraq yüksək olur, ümumiyyətlə, yuxudan durduqdan sonra bir saat ərzində yemək tövsiyə edilir.

“Beynəlxalq Epidemiologiya Jurnalı”nın bununla bağlı tədqiqatı göstərir ki, səhər yeməyi diabet riskini azaltmağa yardımçı olan əsas amillərdəndir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
45 72 54 29 65 61

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.