reklam
Şahzadə Harri krallıq vəzifələrini yerinə yetirməyə hazırlaşır Şahzadə Harri krallıq vəzifələrini yerinə yetirməyə hazırlaşır https://take.az/uploads/posts/2024-02/1708296280_170828763523.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 19-02-2024, 02:45

Şahzadə Harri krallıq vəzifələrini yerinə yetirməyə hazırlaşır

Şahzadə Harri krallıq vəzifələrini yerinə yetirməyə hazırlaşır
Britaniya kralı III Çarlzın kiçik oğlu Şahzadə Harri atasının xərçəng xəstəliyindən müalicə alması səbəbindən müvəqqəti olaraq kral vəzifələrinə qayıtmağa hazırdır.

Bu barədə "Times" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, fevralın 5-də kralın xəstəliyi elan edilən andan şahzadə Harri onunla bir neçə dəfə səmimi söhbət edib. Onlardan biri Londonda 75 yaşlı monarxın diaqnozu ilə bağlı bəyanatın dərcindən iki gün sonra baş verib.

İngilis mediasına görə, həmin görüş 30 dəqiqə davam edib. Bundan sonra Şahzadə Harri 2020-ci ildə həyat yoldaşı Meqan Marklla birlikdə köçdüyü ABŞ-yə qayıdıb.

"Bütün praktiki səviyyələrdə, kral xəstə olduğu müddətdə dəstəkləmək üçün bir araya gəlmək ailə üçün mükəmməl məna kəsb edir", - deyə mənbədən bildirilib.

Məqaləyə görə, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral vəzifələrinə qayıtmazdan əvvəl yazılı plan hazırlanmalıdır və bu, kral, onun ən yaxın köməkçiləri tərəfindən təsdiqlənməlidir.
Nə şahzadə Harri və onun həyat yoldaşı, nə də Bukingem sarayının nümayəndələri nəşrə münasibət bildirməyiblər.

Kralın hansı növ xərçəngə tutulduğu barədə məlumat verilmir, lakin Britaniya mediasına görə, söhbət prostat xərçəngindən getmir. Belə ki, sözügedən xəstəliklə əlaqədar kral yanvar ayında xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, həmin vaxt kralın səhhəti ilə əlaqədar daha bir narahatedici səbəb müəyyən edilib. Testlər monarxın onkoloji xəstəlikdən əziyyət çəkdiyini təsdiqləyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
45 47 32 37 33 40

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.