İllər sonra səni görmək.
İllər sonra səni görmək.
Qərib bir məclisdə gəldik üz-üzə,
Süzüldü gözlərin, çatıldı qaşın.
Mən təkcə gəlmişdim həmən məclisə,
Sən isə yanında həyat yoldaşın.
Süzüldü badələr sağ məhəbbətə,
Titrədi qəlbimin ən sarı simi,
Bilərək qoşuldun sən bu söhbətə,
Əhdinə vəfalı nigarlar kimi.
Başını qaldırıb üzümə baxdı,
Ömür gün yoldaşın yeni sirdaşım,
Əlini uzadıb əlimi sıxdı...
Həyatdan xəbərsiz həyat yoldaşın..
Qərib bir məclisdə gəldik üz-üzə,
Süzüldü gözlərin, çatıldı qaşın.
Mən təkcə gəlmişdim həmən məclisə,
Sən isə yanında həyat yoldaşın.
Süzüldü badələr sağ məhəbbətə,
Titrədi qəlbimin ən sarı simi,
Bilərək qoşuldun sən bu söhbətə,
Əhdinə vəfalı nigarlar kimi.
Başını qaldırıb üzümə baxdı,
Ömür gün yoldaşın yeni sirdaşım,
Əlini uzadıb əlimi sıxdı...
Həyatdan xəbərsiz həyat yoldaşın..






