n2006

n2006 Münasibətlər 4-03-2024, 15:24

Evlilikdə xarici görünüş nə qədər vacibdir? – “EVLİSƏN”

Evlilikdə xarici görünüş nə qədər vacibdir? – “EVLİSƏN”
Yoxsa, siz də xəyalınızdakı ağ atlı oğlanı gözləyənlərdənsiniz? Boyu bu qədər olsun, saçı bu rəngdə olsun, gözü bu rəngdə olsun və s. Təəssüf ki, bu məsələdə kişilərin də mövqeyində elə ciddi bir fərq yoxdur.
sevgi

Əlbəttə ki, biz bu məqaləni təqdim etməklə evlilikdə xarici görünüşün əhəmiyyətini azaltmaq istəmirik. Ancaq eyni şəkildə “Evlilik barədə qərar qəbul edərkən yeganə ölçü bu olmalıdır” da demirik. Bir sözlə, evlilikdə xarici görünüş nə qədər vacibdirsə, “daxili görünüş” də o qədər vacibdir. Buna görə də, hər şeydən əvvəl hisslərinizə yox, məntiqinizə üstünlük verməli və əgər qarşı tərəfin daxili görünüşündə elə bir problem yoxdursa, xarici görünüşünü xəyallarınıza qurban verməməlisiniz.

sevgi

Digər tərəfdən, xarici görünüşün ağır gəlməsinin bir səbəbi xəyallarımızdırsa, bir səbəbi də ətrafımızdakıların fikirləridir. Buna görə də, “Görəsən, onu mənimlə görəndə nə deyəcəklər?” və ya “Görəsən, onu mənə layiq biləcəklərmi?” kimi səhv fikirlər evlilik qərarında ciddi rol oynayır.

Təbii ki, bu vəziyyətdə tərəflər standartlarını öz fikirlərinə görə yox, ətrafdakıların fikirlərinə görə müəyyən edirlər. Belə olduqda isə, təbii olaraq, oyundankənar vəziyyətdə qalırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 378 332 374 331 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.