Sahura qalxmayan insan oruc sayılırmı?
Ramazan ayının ilk günlərini yaşayırıq. Müsəlmanlar niyyət edərək oruc tuturlar. Bəzi insanlar sahura qalxmağa çətinlik çəkirlər. Bəs sahura qalxmayan insan oruc sayılırmı?
İlahiyyatçı Yaşar Qurbanov bildirib ki, sahura durmaq bərəkətdir, amma orucun vacibiyyəti deyil.Sahura qalxsan da, qalxmasan da orucu tutmalısan:
"Peyğəmbərimiz buyurur ki, sahurda bərəkət var, sahura qalxanlar üçün Allahın mələkləri dualar edərlər.Amma burada elə bir şərt yoxdur ki, sahura qalxmadınsa, orucu tutmamış sayılırsan. Sahura qalxsan da, qalxmasan da orucu tutmalısan. İnsanlar arasında belə fikir yaranıb ki, sahura qalxmadınsa, oruc sayılmırsan. Bu, yanlışdır. Ramazanın ilk gecəsindən niyyət edirsən ki, oruc tutacam. Sahur sadəcə bərəkətdir. Ona görə ki, insan orucu rahat keçirir, gecənin 1/3 hissəsidir və duaların qəbul olunduğu bir vaxtdır".