HASANLY

HASANLY Xəbərlər 12-03-2024, 12:02

Rusiya-Ukrayna sərhədində şiddətli döyüşlər gedir

Rusiya-Ukrayna sərhədində şiddətli döyüşlər gedir
Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində şiddətli döyüşlər gedir.

“Telegram” kanallarının yaydığı məlumata görə, Ukrayna tərəfdən pikap avtomobillərində olan bir neçə silahlı qrup minaatan və artilleriya atəşinin dəstəyi ilə hücuma keçib.

Rusiya ilə sərhədə tankların da yaxınlaşdığı bildirilir.

Bir nəfər Belqorod sakininin Ukrayna PUA-sının hücumu nəticəsində xəsarət aldığı qeyd edilir.

Həmçinin bu gün səhər saatlarında Ukrayna ordusu pilotsuz uçuş aparatlarının köməyi ilə “Lukoyl”un Rusiyanın Nijni Novqorod vilayətində yerləşən neft anbarına hücum edib.

Hadisədən sonra Rusiya Fövqəladə Hallar Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsindən əməkdaşları hadisə yerinə cəlb ediliblər. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
259 264 257 216 214 219

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.