reklam
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoydu Ən ağıllı çat-bot IQ testində insanı geridə qoydu https://take.az/uploads/posts/2024-03/1710570136_65f05634e410265f05634e4103171024952465f05634e410065f05634e4101.jpeg
ice berg

ice berg Texnologiya 16-03-2024, 19:00

Ən ağıllı çat-bot IQ testində insanı geridə qoydu

Ən ağıllı çat-bot IQ testində insanı geridə qoydu
Maximum Truth saytı böyük dil modelləri əsasında çalışan 12 müxtəlif çat-botun testlərini aparıb.

Loading.aZ xəbər verir ki, aparılmış testlər nəticəsində məlum olub ki, məşhur ChatGPT hal-hazırda tanınan çat-botlar arasında ən ağıllısı deyil. Bununla belə reytinqin lideri IQ səviyyəsi mövzusunda orta statistik insanı geridə qoyub. Çat-botların imkanları Norway Mensa adlı IQ testində sınaqdan keçirilib. Bu IQ test 35 ədəd sualdan ibarətdir və onların əksəriyyəti özlərində müxtəlif təsvirləri birləşdirirlər. İlk öncə çat-botlardan heç biri bu IQ testdən keçə bilməyib. Belə ki, onlar sözügedən testdə olan müxtəlif təsvirləri anlaya bilməyiblər. Lakin daha sonra mütəxəssislər təsvirləri çat-botlara mətn formatında başa salıblar.

Bu prosesdən sonra onlar IQ testindən keçə biliblər. Beləliklə aparılmış bu təcrübənin nəticələrinə əsasən ChatGPT 35 sualdan 13-nə doğru cavab verərək 85 xal toplayıb. Bununla da o, reytinqin ikinci pilləsində qərarlaşıb. Birinci yeri isə Anthropic şirkətinin Claude-3 adlı çat-botu tutub. O, 35 sualdan 18.5-nə doğru cavab verərək ümumilikdə 101 xal toplayıb. Bu isə orta statistik insanın əldə etdiyi göstəricidən bir qədər yüksəkdir. Üçüncü yeri 82 xal göstərici ilə Claude-2, dördüncü yeri 79 xal göstərici ilə Microsoft Copilot, beşinci yeri isə 77.5 xal göstərici ilə Google Gemini-nin standart versiyası tutub. Reytinqin yerdə qalan hissəsi ilə fotodan tanış olmaq olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
64 58 59 57 49 58

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.