ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 22-03-2024, 11:45

“Gəlmədi”

“Gəlmədi”


Yenə bahar gəldi, növbahar oldu,
Niyə mənim şux baharım gəlmədi?
Hərə xürrəm oldu öz yuvasında,
Gözlərim yoldadı, yarım gəlmədi.


“Gəlmədi”


Onunla mənalı keçirdi günüm,
Ürəyim açılmır, de necə, gülüm?
Artıb bülənd olub göylərə ünüm,
Can sirdaşım, xiridarım gəlmədi.


“Gəlmədi”


Fərhad Şirin üçün dağları çapdı,
Sənan yar yolunda qalalar yapdı,
Hamı istəyini aradı, tapdı,
Nədən o xoş rüzigarım gəlmədi?


“Gəlmədi”


Aşıq Bilal, göz yaşlarım selləndi,
Muncuq kimi gözlərimdə gülləndi,
Bir ah çəkdim, dilsiz daşlar dilləndi,
Xoş günümdə səbəbkarım gəlmədi.


“Gəlmədi”


YAZAR:Aşıq Mirzə Bilal

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 511 430 455 415 389

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.