ice berg

ice berg Şeirlər 24-03-2024, 01:03

Daş olsam dağ olardım

Daş olsam dağ olardım
Daş olsam dağ olardım,
Lap ucalardan uca.
Günəş olsam batardım
Günün günorta vaxtı.
Mən hansısa qitədə
Hansısa bir fəsildə
Füsunkar bir çiçəkdim,
Yəqin ki,dağ laləsi
Köksündə qara nöqtə.

İndi payız fəslidi,
Daş olsam yosun bitər
Dağ olsam qar ,qarlayar
Göy olsam, göy buludtək
Qarın verər dərdlərim,
Göz yaşımı tökmeye
Min bəhanə gəzərəm
Ovuclayar qar əlim.

Kim bilir ,yerə düşən
Hamını heyran qoyan,
O qızılı xəzələm.

Deyəsən ,kollarını divara dikib bitən
Ləçəklərim al rəngdə,
Rişələrim torpağa lap əzəldən bağlıdır.

Heç kimə bənzəməyən,
Fərqli nəsə var məndə
Bunu dəqiq bilirəm.

Yox daha getməliyəm,indi getmək vaxtıdı!

Pərvin Əliyeva

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 432 391 331 347 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.