ice berg

ice berg Texnologiya 1-04-2024, 20:30

Süni intellekt təəccübləndirməkdə davam edir: Bəzi insanları narahat edən yeni ixtira

Süni intellekt təəccübləndirməkdə davam edir: Bəzi insanları narahat edən yeni ixtira

Süni intellekt startapı "OpenAI" 15 saniyəlik tək səs nümunəsindən təbii səslənən insan nitqini təkrarlaya bilən rəqəmsal səs generatorunun ilkin versiyasını təqdim edib.

Bu barədə "ChatGPT"nin yaradıcıları məlumat veriblər.

Proqram "Voice Engine" adlanır. İxtiraçılar generatoru müxtəlif məqsədlər, o cümlədən uşaqlara oxumağa kömək etmək, tərcümə və xərçəng xəstələri üçün səsin bərpası kimi müxtəlif sahələrdə sınaqdan keçiriblər.

Ancaq məhsul istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi istifadəçilər səs təqlidlərindən istifadə etməklə fırıldaqçılıq, sui-istifadə hallarının baş verəcəyindən narahatlıqlarını bildiriblər.

"OpenAI" cavab olaraq bildirib ki, qeyri-qanuni istifadə ehtimalı səbəbindən proqram təminatının geniş şəkildə buraxılması planlaşdırılmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
367 353 302 310 342 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.