Nəfəs

Nəfəs Mətbəx 2-04-2024, 12:40

Gül kələmi pendirlə

Gül kələmi pendirlə
Gül kələmi pendirləGül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə.

Lazım olan məhsullar:

- gül kələmi - 1 baş (orta)

- yumurta - 3 ədəd

- pendir - 150-200 qr (holland pendiri və ya buna oxşar digər pendir istifadə oluna bilər)

- süd və ya qaymaq - 3-4 xörək qaşığı

- duz (zövqə görə)

- kərə yağı (tavaya çəkmək üçün)

Hazırlanması:

1. Gül kələmini təmizləyin, "gülləri" biri birindən ayırın və yuyun.

2. Kələmi duz əlavə olunmuş qaynayan suya salın və yumşalana kimi (təxminən 10 dəqiqə) bişirin. Daha sonra suyu tökün, kələmi aşsüzənə qoyun.

3. Pendiri sürtgəcdən keçirin.

4. Yumurtanı yaxşı çalın, sonra süd (və ya qaymaq) və pendiri əlavə edib kütləni yaxşı qarışdırın.

5. Tavaya ("tefal" tavadan istifadə edin) kərə yağı çəkin, gül kələmini düzün və üzərinə yumurtalı-pendirli qarışıq tökün.

6. Sobanı qabaqcadan 1800 C kimi qızdırın və gül kələmini sobada 20 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 382 309 310 275 300

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.