reklam
Ən sürətlə bahalaşan futbolçular - SİYAHI Ən sürətlə bahalaşan futbolçular - SİYAHI https://take.az/uploads/posts/2024-04/1712054712_660bca61d71d0660bca61d71d11712048737660bca61d71ce660bca61d71cf.jpg
ice berg

ice berg İdman 2-04-2024, 22:00

Ən sürətlə bahalaşan futbolçular - SİYAHI

Ən sürətlə bahalaşan futbolçular - SİYAHI
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Mainu 2024-cü ildə dünyanın ən sürətlə bahalaşan futbolçusu olub. Transfermarkt Telegram kanalında ən çox bahalaşan və ən çox dəyər itirən futbolçuların reytinqləri açıqlanıb.

Loading.aZ xarici KİV-ə istinadla bildirir ki, Mainu bir il ərzində 29 milyon avro bahalaşıb. Ən çox bahalaşan oyunçular reytinqində ikinci yerdə bazar dəyəri 1,5 avrodan 25 milyona yüksələn "Barselona"nın 17 yaşlı müdafiəçisi Pau Kubarsi qərarlaşıb. Bu reytinqdə üçüncü yerdə qiyməti 2 milyon avrodan 25 milyon avroya yüksələn "Bavariya"nın 19 yaşlı yarımmüdafiəçisi Aleksandar Pavloviç olub.

Ən çox dəyərini “Bavariya”nın müdafiəçisi Coşua Kimmix itirib. Onun dəyəri 75 milyon avrodan 60 milyon avroya düşüb. Eyni zamanda ən bahalı futbolçular - Erlinq Holland, Jude Bellinqhem və Kilian Mbappenin bazar qiyməti təxminən 180 milyon avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
28 44 37 42 45 32

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.