reklam
Ramazan ayının savabını necə artıraq? Ramazan ayının savabını necə artıraq? https://take.az/uploads/posts/2024-04/1712218078_419737033_874731434455828_56961134870537.jpg
ice berg

ice berg İslam Dini 4-04-2024, 15:00

Ramazan ayının savabını necə artıraq?

Ramazan ayının savabını necə artıraq?
"Ramazan orucunun savabını artıran əməllərdən biri də oruclu insanlar üçün iftar süfrələrinin təşkilidir. İslamın bütün ibadətlərinin əsas qayəsi həm də ictimai faydaya nail olmaqdır. Məhəmməd Peyğəmbər (s) buyurub: ""Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz".

Bu sözləri deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu ənənə əksər müsəlman ölkələrində geniş yayılıb. Burada əsas məqsəd həm də insanlar arasında birlik və həmrəyliyi daha da gücləndirməkdir. Cəmiyyətin üzvləri arasında birlik və həmrəylik möhkəm olduqda dövlətlər daha güclü olur. Allah hər zaman dövlətimizi güclü və möhkəm etsin.
"Odur ki, digər aylarda olduğu kimi, Ramazan ayında da imkansız insanlara imkanlarımız daxilində əl tutaq, onları iftar süfrələri təşkil edərək sevindirək. Bunu edə bilmiriksə ən azından gücümüz çatan qədər ərzaq yardımı edək.
Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
46 67 44 49 58 56

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.