Nəfəs

Nəfəs Mətbəx 7-04-2024, 16:31

Tərə resepti

Tərə resepti
Azərbaycanın milli yeməklərindən biri də göyərti yeməyi “Tərə”dir. Əsasən Azərbaycanın cənub bölgələrində – bütün il boyunca təzə göyərtilərin yetişdiyi Masallı, Lənkəran, Astara, Lerikdə hazırlanır. Tərə, vitamin baxımından zəngin bir yeməkdir. Həm də yaz-yay yeməyidir, çünki göyərti ilin bu vaxtında ən təzədir. Loading.Az bu dadlı və faydalı yeməyin reseptini təqdim edir.

Tərkibi:

150 qr yumru düyü
3 dəstə ispanaq
3 dəstə keşniş
kərə yağı
6 ədəd alça
3-4 diş sarımsaq
2-3 ədəd yumurta
duz, istiot
çay qaşığı ucunda sarıkök
qatıq
Hazırlanma qaydası:

Geniş bir qazanda 3 stəkan suyu qaynadın. Qaynayan suya yaxşı yuyulmuş düyünü töküb bişirin. Göyərtiləri yaxşıca yuyub süzün. Yuyulmuş göyərtiləri doğrayın. Sarımsağı da xırda doğrayın. Suyu çəkilmiş düyünün üzərinə doğranmış göyərti və sarımsağı əlavə edin. 10-15 dəqiqədən sonra qazana kərə yağı, alça, duz, istiot və sarıkök əlavə edib ehtiyyatla qarışdırın. Yumurtaları ayrı bir qabda çırpıb yeməyin üzərinə tökün. Qazanın qapağını örtüb yumurtalar bişənə qədər zəif ocaqda bişirin. Bişən dadlı yeməyi süfrəyə qatıqla birlikdə verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
477 522 421 423 450 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.