ice berg

ice berg Şeirlər 10-04-2024, 19:00

Uzaqdan sevirik bir-birimizi

Uzaqdan sevirik bir-birimizi
Uzaqdan sevirik bir-birimizi, Kəlmə də kəsmirik, söz soruşmuruq.
Küsülü deyilik, düşmən deyilik,
Bizdən danışırlar,biz danışmırıq...

Sevgimiz əzizdir,doğmadır,safdır,
Bəs niyə qaynayıb,biz qarışmırıq?
Adicə üzbəüz qarşılaşanda,
Heç beş saniyədən çox baxışmırıq...

Gör necə sevənlər qoşa gəzirlər,
Amma biz əl verib, əl tutuşmuruq.
Dalğalar, sahillər qədər deyilik?
Onlar qovuşurlar,biz qovuşmuruq...

Allahın yazdığı alın yazıdır,
Bəlkə xasiyyətcə biz uyuşmuruq?..
Bəlkə də, bizləri alın yazıyla,
Allah barışdırır, biz barışmırıq...

Müəllif:Mirələm

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
687 735 564 534 583 573

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.