Sevmişdim Səni ...

Bilməyini istədiyim bəzi şeylər var,
Səni nə zaman sevdiyimi danışacam sənə..
Əsəbləşərdin mənə çox siqaret çəkdiyim üçün..
O an mənə əsəbləşdiyin zaman sevmişdim səni.
Boş yerə məni səhv çıxardardın,
O səhv çıxardığın zamanlarda sevmişdim səni..
Səbəbsiz yerə saatlarla yazmadın mənə,
O yazmadığın zamanlarda sevmişdim səni..
Mənə "yalan demə" deyərdin, amma sən həmişə yalan deyərdin,
O yalan dediyini bildiyim zamanlarda sevmişdim səni..
"Ayrılaq" demişdin,
Ayrılanda sevmişdim səni..
Sənin yanımda olmadığın günlərdə də, gecələrdə də sevmişdim səni..
İndi "gedirəm" deyəcəksənsə get,
Gedərkən də Sevəcəm Səni..






