ice berg

ice berg Məşhurlar 16-04-2024, 19:15

"Valideynlərim 3 il məni heç kimə göstərməyiblər"

"Valideynlərim 3 il məni heç kimə göstərməyiblər"

"Bildiyimiz bəd nəzər var. Hər evə girəndə uşaqların başına üzərlik yandırmaq məsələsi də var. Mən dünyaya gələndə valideynlərim 3 il məni heç kimə göstərməyiblər".

Loading.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi sosial şəbkədə paylaşdığı fotolarda övladlarının üzünü gizlətməsinin səbəbini də açıqlayıb:

"Sevmədiyim şeylər var. Allah da buyurub ki, "Mənim sizə nəsib etdiklərim yalnız sizə görədir və sizə aiddir". Mənə aid olan var-dövləti və ya nəyisə göstərməkdən utanıram. Özüm də bunun əziyyətini çəkmişəm. Mən bunun imtahanını yaşamışam, ona görə də göstərmək nəyə lazımdır? Evdə də hər hansısa bir çəkiliş etməyi də sevmirəm. Bunu göstərəndə nəyi demiş oluram? Onsuz da Allah bunu mənə verib. Sırf mənim şəxsiyyətimə aid olan hansısa bir özəlliklərin ictimailəşdirilməsini istəmirəm".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 301 235 276 284 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.