ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 17-04-2024, 13:40

Keçmiş prezidenti ev dustaqlığına buraxıldı

Keçmiş prezidenti ev dustaqlığına buraxıldı
Myanmarın həbsdə olan keçmiş prezidenti Aung San Suu Kyi həbsxanadan ev dustaqlığına buraxılıb.

Sun.Az APA-ya istinadən bildirir ki, bu barədə Myanmardakı hərbi xuntanın sözçüsü bildirib.

78 yaşlı Nobel mükafatı laureatı olmuş keçmiş prezident rüşvətdən tutmuş ölkənin telekommunikasiya qanunvericiliyinin pozulmasına qədər müxtəlif cinayətlərə görə 27 il həbs cəzası gözləyir.

O, bütün ittihamları rədd edir. O, 2021-ci ilin fevralında ölkədə çevrilişindən sonra hərbi xunta tərəfindən saxlanılıb.

Myanmardakı hərbi xunta rejimi ölkənin ənənəvi Yeni il bayramı münasibətilə müntəzəm amnistiyaya əsasən 3300-dən çox məhbusun əfv olunduğunu da elan edib.

Bildirilib ki, qətl, terror və narkotik ittihamı da daxil olmaqla ciddi cinayətlərə görə məhkum olunanlar istisna olmaqla, digər məhkumların da həbs müddəti azaldılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 225 200 200 209 227

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.