ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 17-04-2024, 18:40

Ruslar sualtı savaşa hazırlaşır, 1 milyard insan təhlükədə...

Ruslar sualtı savaşa hazırlaşır, 1 milyard insan təhlükədə...
Rusiyanın külək stansiyaları, boru kəmərləri və elektrik kabelləri də daxil olmaqla, sualtı infrastrukturun bir çox həssas nöqtələrini hədəfə almaq cəhdləri səbəbindən Avropa və Şimali Amerikada 1 milyarda yaxın insanın təhlükəsizliyi risk altındadır.

Cin.Az xəbər verir ki, bunu NATO Birləşmiş Hərbi Dəniz Qüvvələri komandanının müavini, admiral Didye Maleter bildirib.

Onun sözlərinə görə, Avropanın enerji və kommunikasiyadan asılı olduğu sualtı kabellər və borular şəbəkəsi Moskva və digər NATO düşmənlərinin apardığı "hibrid müharibə"yə tab gətirmək üçün nəzərdə tutulmayıb:

"Biz bilirik ki, ruslar kabellər, internet kabelləri, boru kəmərləri vasitəsilə Avropa iqtisadiyyatını pozmaq üçün su altında çoxlu hibrid hücumlar hazırlayıblar. Bütün sualtı iqtisadiyyatımız risk altındadır. Daha aydın olması üçün deyim ki, rusların su altında işləyə bilən qayıqlar hazırladığını bilirik. Ona görə biz sadəlövh deyilik, birlikdə işləyirik".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
255 243 177 252 191 190

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.