reklam
Qazaxıstanda daşqınlar nəticəsində yeddi nəfər ölüb Qazaxıstanda daşqınlar nəticəsində yeddi nəfər ölüb https://take.az/uploads/posts/2024-04/1713433903_fotojet-2024-04-18t113917_786.jpg
HASANLY

HASANLY Xəbərlər 18-04-2024, 13:51

Qazaxıstanda daşqınlar nəticəsində yeddi nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində yeddi nəfər ölüb
Qazaxıstanda yeddi nəfər daşqınların qurbanı olub.

Bu barədə respublikanın daxili işlər nazirinin birinci müavini Marat Kojayev məlumat verib.

“Atırau vilayətində dörd nəfər, Türküstan bölgəsində isə bir azyaşlı uşaq boğularaq ölüb”, - deyə Kojayev bildirib.

O, həmçinin aprelin əvvəlində Ayaqoz rayonunda çay axınının apardığı traktorda boğulan iki nəfəri də daşqın qurbanları sırasına daxil edib.


Xatırladaq ki, aprelin əvvəlində Qazaxıstanın bölgələri daşqınla üzləşib. Aprelin 17-nə qədər ölkənin bir sıra bölgələrində təxliyə elan edilib, xilas və təxliyə olunan qazaxıstanlıların sayı 116 mini keçib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
33 26 32 29 25 36

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.