ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 20-04-2024, 13:49

Prezident onu nazir müavini təyin etdi

Prezident onu nazir müavini təyin etdi
Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.

Duz.az xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib.

O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini “iqtisadçı” ixtisasi üzrə bitirib, əmək fəaliyyətinə “Bakı Banklararası Valyuta Birjası” QSC-də başlayıb, sonradan bir sıra kommersiya banklarında çalışıb, 1999-2004-cü illərdə o vaxtlı Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004-2006-cı illərdə “Bakı Fond Birjası” QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib, 2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 213 192 218 207 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.