ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 22-04-2024, 10:46

Bir neçə gündür axtarışları davam edən azyaşlı qızın meyiti tapılıb – APA

Bir neçə gündür axtarışları davam edən azyaşlı qızın meyiti tapılıb – APA
Kür çayının Ağcabədi rayonundan keçən hissəsində batan və bir neçə gündür axtarışları davam edəm azyaşlı qızın meyiti tapılıb.

Sun.Az verdiyi xəbərinə görə, 9 gün öncə Kür çayında atası ilə batan qızın meyiti çayın Zərdab rayonunun, Qoruqbağı kəndindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda tapılıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Azyaşlı qızın atasının meyiti isə 2 gün öncə Kür çayının Zərdab rayonunun, Pərvanlı kəndindən keçən hissəsində, batdıqları yerdən təqribən 7-8 km uzaqlıqda FHN-nin əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Qeyd edək ki, 12 Aprel 2024-ci il axşam saatlarında Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində nəzarətsiz qalan azyaşlı, 2018- ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlı suya düşüb. Azyaşlının atası, 1993-ci il təvəllüdlü Vaqif Süleymanlı qızını xilas etmək istəyərkən özüdə suda batıb. Hadisədən dərhal sonra ata və qızın batdığı ehtimal olunan ərazilər FHN -nin Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Qarabağ Regional qüvvələri tərəfindən axtarış -xilasetmə əməliyyatı həyata keçirilib. Zahid Abışov. Devran Əsgərov.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
298 333 281 291 236 267

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.