ice berg

ice berg İdman 24-04-2024, 22:00

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir
Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir.

"Loading.aZ" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında "Lans" və "Qrenobl" klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun "Tuluza"ya keçəcəyi istisna olunmur.

Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 303 261 281 329 300

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.