ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 27-04-2024, 15:56

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video
Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub.

“Duz.Az” xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekvat hərəkətlər etdiyini bildiriblər.

Bundan sonra binada kameralar quraşdırılıb. Məlum olub ki, həqiqətən gecə saat 02-03 radələrində bir qadın üzünü örtərək və ayaqqabısız halda pilləkənlərlə hərəkət edərək qapıları döyür və daha sonra uzaqlaşır. Həmin qadın özü də qeyd edilən binada yaşayırmış.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, görüntülərdəki şəxsin əqli qüsurlu olduğu və ruhi-əsəb dispanserində qeydiyyatda olduğu müəyyən edilib: "Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək".




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
224 248 216 251 215 210

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.