HASANLY

HASANLY Xəbərlər 27-04-2024, 10:54

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır”

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır”
Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb.

Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub.

“Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıda onun üçün qeyd yazdım. “Ayı qardaş, xahiş edirəm, qapını sındırma. Açar ayaqaltının altındadır. Şiddət heç bir problemi həll eləmir”, - yazıb qapıya yapışdırdım. Güman edirəm ki, ayı başa düşər”, - deyə fermer hərəkətini izah edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 269 281 195 296 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.