HASANLY

HASANLY Xəbərlər 27-04-2024, 10:58

Avropa Komissiyasının rəhbəri COP29-a dəvət olunub

Avropa Komissiyasının rəhbəri COP29-a dəvət olunub
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen COP29-a dəvət edilib.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Aİ-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı dərin fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Qimaraeşə dərin təşəkkürümü bildirirəm. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə noyabr ayında Bakıda keçiriləcək COP29-da dəvət məktubunu çatdırmaq üçün yaxşı fürsət idi”, - V. Sadıqov qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 259 249 251 250 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.