ice berg

ice berg Şeirlər 27-04-2024, 21:31

Bir ömrün qonaqları

Bir ömrün qonaqları
Qapım döyülür.
-- Ey kimsən?
-- Xatirəyəm.
Mən.
Məktub gətirmişəm ilk məhəbbətdən.
(Mətbəxdə qəzəbli qadın görünür.
O, məktub əlində qapıdan dönür.)
Qapım döyülür.
-- Ey kimsən?
-- Tərifəm!
-- Buyur!
-- İçkin var?
-- Yoxumdur!
-- Onda yaz!
-- (Ayağa durur).
Taq-taq.
-- Ey kimsən?
-- Mənəm, aç,--
Ehtiyac!
-- Nə xəbər, çoxdandır yoxsan?!
-- Deyən az gələndə çox darıxırsan?
Taxçanı boşaldın,
Boxçanı boşaldın...
Qonşun beş adamın maaşın alır...
O var, e...filankəs...o maşın alır.
-- Sən Allah qoy yazaq!...
Yenə də taq-taq...
-- Ey kimsən?
-- Son xəbər qağandır!--
Dağılıb qurtarmır bu dünya andır:
Əsrimiz diplomat əsridir, baba!
Dillərdə sülh gəzir, ciblərdə bomba...
Turdan adlamadın...dostun var orda...
Dünən iki şerin batdı naborda.
-- Qoyun nəfəs alım, ay aman nəfəs...
Yenə bir qapını döyürdü bir səs,
-- Ey kimsən?
-- Şöhrətəm!
-- Buyur, sizə kim...
-- Məmməd İbrahim...
-- Qardaş, gecikmisən,
-- O burda yaşamır!
-- Harda yaşayır?
-- Yaxında, üstündə bir qız ağlayan
Qəbir var--
Orda yaşayır...

1966.
Məmməd Araz

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
374 394 332 273 348 318

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.