Diablo

Diablo Sağlamlıq 30-04-2024, 18:00

Kababı çörəklə yemək olmaz- Həkim

Kababı çörəklə yemək olmaz- Həkim
Kabab mövsümündə bu dadlı təamı nələrlə yeməməli olduğunuzu da bilməlisiz.

Çünki kabab özlüyündə həzm sistemi üçün ağır qidadır.

“Loading.az” xəbər verir ki, dietoloq Tatyana Meşeryakova düzgün kabab yeməyin qaydalarını bölüşüb.

“Orqanizm üçün tam bişməmiş, eləcə də yanıb qızarmış ət yemək təhlükəlidir.

Bu yolla bədənə parazitlər və kanserogenlər düşür.

Təhlükəli kanserogen yaranmasın deyə, kabab açıq odda yox, folqada bişirilməlidir.

Kababla ağ çörək, meyvələr, meyvə şirəsi, qırmızı çaxır yol verilməzdir.

Ümumiyyətlə qırmızı ətdən istənilən yeməkləı çörək olmaz, bu həzmi ağırlaşdırır.

İsti, qaynar kababla soyuq buzlu içkilər də olmaz.

Soyuq sular ferment aktivliyini azaldır, yedikdə mədədə ağırlıq, köp yaranır, həzm gecikir.

Kababı sadəcə tərəvəz, göyərti ilə yeyin, sadəcə ilıq su için. Bu qaydalara uşaqlara öyrədin”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 333 254 235 238 281

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.