HASANLY

HASANLY Xəbərlər 2-05-2024, 12:43

Azərbaycanda iki rəis müavini təqaüdə göndərildi

Azərbaycanda iki rəis müavini təqaüdə göndərildi
Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin iki rəis müavini vəzifəsindən azad edilib.

“Qaynarinfo” xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Çingiz Ələddin oğlu Məmmədov və Cümşüd Əli oğlu Cəfərov rəis müavini vəzifəsindən azad edilərək təqaüdə göndəriliblər.
Sənan Təyar oğlu Rəhimov isə idarənin rəisi olaraq təsdiqlənib.

Qeyd edək ki, bu ilin mart ayında Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Rəhimova tapşırılmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 275 220 218 263 245

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.