ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 3-05-2024, 01:45

Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşlara müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Bu barədə Qırğızıstan XİN-in yaydığı məlumatda bildirilir.

“Nazirlik Rusiya Federasiyasına səfər etmək üçün üzrlü səbəbləri olmayan həmvətənlərinə əvvəllər tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər müvəqqəti olaraq səfərdən çəkinməyi tövsiyə edir”, – departament qeyd edir.

Qeyd olunur ki, indiyədək “Qırğızıstan vətəndaşlarının respublikanın Rusiyadakı diplomatik nümayəndəlik və konsulluq idarələrinə” Rusiya Federasiyasına girişindən kütləvi şəkildə imtina halları ilə bağlı heç bir siqnal olmayıb.

Eyni zamanda, nazirlik tövsiyə edib ki, Qırğızıstan vətəndaşları tərəfindən “gözlənilməz hallar və ya təcili suallar” yaranarsa, respublikanın Moskvadakı səfirliyinin qaynar xəttinə müraciət etsinlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
230 283 212 244 234 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.