ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 3-05-2024, 10:45

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Hava ilə bağlı daha bir - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Cin.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin mayın 5-i səhərədək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 222 221 194 226 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.