Diablo

Diablo Sağlamlıq 3-05-2024, 16:00

Oynaq ağrılarına son qoyan - TƏBİİ QARIŞIM

Oynaq ağrılarına son qoyan - TƏBİİ QARIŞIM
Ənənəvi xalq təbabəti resepti ilk istifadədən oynaq ağrılarına son qoyacaq.

Loading.az həmin reseptlərdən birini təqdim edir:

Tərkibi:

1 xörək qaşığı bal;
1 xörək qaşığı xardal (ədviyyatlı);
1 xörək qaşığı narın duz;
1 xörək qaşığı su.


Bütün inqrediyentləri yaxşıca qarışdırın, homojen bir qarışığa gətirin. Sonra onu boş bir əl kremi qabına və ya başqa bir qaba tökün.


Növbəti dəfə oynaqlarınızdan narahatlıq hiss etdikdə, sadəcə bu “kremi” ağrılı nahiyəyə çəkin. Sonra plastik torba ilə örtün və üstünə isti bir yun şərf bağlayın.

Belə bir kompres bir saat yarımdan iki saata qədər yerində qalmalıdır. Bu proseduru yatmazdan əvvəl təkrarlamaq yaxşıdır ki, "müalicədən" sonra oynaqlar istirahət etsin. Səhər "krem"i yuyun.

Bu prosesi 4-5 gün dalbadal təkrarlayın. Təsiri ilk dəfədən sonra hiss edəcəksiniz, buna görə də motivasiyaya ehtiyacınız olmayacaq.

Qarışıq soyuducuda 5-6 gündən çox olmayaraq saxlanılmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
285 260 220 239 260 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.