reklam
Xırdabuynuzlu heyvanlarda olan xəstəliklər Xırdabuynuzlu heyvanlarda olan xəstəliklər https://take.az/uploads/posts/2024-05/1714838893_70db0cb1-161e-4d15-98d7-97e83524422d.jpg
n2006

n2006 Maraqlı 4-05-2024, 20:08

Xırdabuynuzlu heyvanlarda olan xəstəliklər

Bu dəfə “Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları” barədə danışmaq istəyirik.
Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyinin virus xarakterli olduğu bildirilib.
Virus ətrafa xəstə heyvanların ağız və burun axıntısı, pustul mayesi ilə, həmçinin quruyaraq xarici mühitə düşən qartmaqlarla yayılır. Qurumuş qartmaqda infeksiya törədicisi bir neçə ay sağ qala bilir. Süd vəziləri yoluxduqda virus südlə də ifraz olunur. Xəstəlik transmissiv yolla – həşəratlarla da yayıla bilər. Yem, su, xidmət vasitələri, peyin və s. infeksiyanın yayılmasında təhlükə mənbəyidir.
Xırdabuynuzlu heyvanları xəstəliklərdən necə qorumalıyıq
Qoyun və keçilərdə xəstəlik yüksək hərarət, dəri və selikli qişalarda (xüsusən ağız və göz ətrafı nahiyələrdə) səpgilərin yaranması, papulyozlu-pustulyozlu zədələrlə özünü büruzə verir.
Peyvəndlənmə aparılmış heyvanlarda infeksiya törədicisinə qarşı immunitet yaranır. Təhlükəli, eləcə də yoluxucu olan xəstəliyin yayılmasının qarşısını almaq üçün xırdabuynuzlu heyvanların peyvəndlənməsi vacibdir. Qeyd edək ki, peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq həyata keçirilir.
Xəstəliyin profilaktikası və yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Həmçinin təsərrüfata yeni gətirilən qoyun və keçilər 1 ay müddətində karantində saxlanmalıdır.
Şübhə yarandıqda, çiçək xəstəliyinin əlamətləri aşkar edildikdə qoyun və keçilər təcrid olunmalı və dərhal bu barədə baytar mütəxəssisə məlumat verilməlidir.
İnsanlar bu infeksiyaya yoluxmasalar da, xəstəliyin iqtisadi zərərini yaşayırlar. Belə ki, çiçək xəstəliyi təsərrüfatlarda böyük tələfata səbəb olur. Xüsusən də quzular arasında yüksək ölüm səviyyəsi müşahidə edilir. Həmçinin heyvanların yun və ət məhsuldarlığı aşağı düşür. Təsərrüfat sahibləri xəstəliyin profilaktikası və müalicəsi zamanı əlavə xərclər çəkmiş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “AQTA maarifləndirir” rubrikası çərçivəsində bu dəfə “Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları” barədə fermerlərə tövsiyə verib.
Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyinin virus xarakterli olduğu bildirilir.
Virus ətrafa xəstə heyvanların ağız və burun axıntısı, pustul mayesi ilə, həmçinin quruyaraq xarici mühitə düşən qartmaqlarla yayılır. Qurumuş qartmaqda infeksiya törədicisi bir neçə ay sağ qala bilir. Süd vəziləri yoluxduqda virus südlə də ifraz olunur. Xəstəlik transmissiv yolla – həşəratlarla da yayıla bilər. Yem, su, xidmət vasitələri, peyin və s. infeksiyanın yayılmasında təhlükə mənbəyidir.
Qoyun və keçilərdə xəstəlik yüksək hərarət, dəri və selikli qişalarda (xüsusən ağız və göz ətrafı nahiyələrdə) səpgilərin yaranması, papulyozlu-pustulyozlu zədələrlə özünü büruzə verir.
Peyvəndlənmə aparılmış heyvanlarda infeksiya törədicisinə qarşı immunitet yaranır. Təhlükəli, eləcə də yoluxucu olan xəstəliyin yayılmasının qarşısını almaq üçün xırdabuynuzlu heyvanların peyvəndlənməsi vacibdir. Qeyd edək ki, peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq həyata keçirilir.
Xırdabuynuzlu heyvanları xəstəliklərdən necə qorumalıyıq
Xəstəliyin profilaktikası və yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Həmçinin təsərrüfata yeni gətirilən qoyun və keçilər 1 ay müddətində karantində saxlanmalıdır.
Şübhə yarandıqda, çiçək xəstəliyinin əlamətləri aşkar edildikdə qoyun və keçilər təcrid olunmalı və dərhal bu barədə baytar mütəxəssisə məlumat verilməlidir.
İnsanlar bu infeksiyaya yoluxmasalar da, xəstəliyin iqtisadi zərərini yaşayırlar. Belə ki, çiçək xəstəliyi təsərrüfatlarda böyük tələfata səbəb olur. Xüsusən də quzular arasında yüksək ölüm səviyyəsi müşahidə edilir. Həmçinin heyvanların yun və ət məhsuldarlığı aşağı düşür. Təsərrüfat sahibləri xəstəliyin profilaktikası və müalicəsi zamanı əlavə xərclər çəkmiş olurlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
19 44 25 41 29 35

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.