ice berg

ice berg İdman 5-05-2024, 18:51

"Barselona" Levandovskini "Liverpul"un ulduzu ilə əvəz edə bilər

"Barselona" Levandovskini "Liverpul"un ulduzu ilə əvəz edə bilər
"Barselona" polşalı hücumçu Robert Levandovskini "Liverpul"un ulduzu Darvin Nunyeslə əvəz edə bilər.

Məlumata görə, "Barsa" Nunyesi qarşıdakı yay üçün transfer hədəflərindən birinə çevirib. Kataloniya klubu heyət xərclərini azaltmağı planlaşdırır və yüksək maaş alan Levandovskidən qurtula bilər.

Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm polyak bütün turnirlərdə 45 matçda iştirak edib, 24 qol vurub, doqquz məhsuldar ötürmə edib.
Nunyes bu mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 290 231 318 232 281

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.