ice berg

ice berg --- 6-05-2024, 20:40

Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ

Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb.

Loading.aZ'ın bu barədə sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.

Bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 7-ə təsadüf edəcək:

"Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək. İmam Hüseynin vəfatının 40-cı günü avqustun 24-ə düşür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 188 188 229 193 168

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.