Diablo

Diablo Sağlamlıq 7-05-2024, 16:30

Pəhriz, yoxsa sağlam qida?

Pəhriz, yoxsa sağlam qida?
Uzunmüddətli pəhriz sağlamlığa mənfi təsir göstərə bilər. Xüsusilə axşam yeməyindən imtina narahatlıq yaradar. Gecə saatlarında yeyilsə belə, kökəltməyən və narahatlıq yaratmayan qidalar çoxdur:

Pendirin kiçik bir hissəsi, təxminən, 100 kaloridir. Amma tərkibindəki triptofan, zülal və kazein çoxlu həzz və fayda gətirir.

Üzüm melatoninlə zəngin olduğundan yuxu üçün əhəmiyyətlidir.

Hindquşu əti daha doyumlu yemək axtaranlar üçün əsl triptofan və sağlam zülal mənbəyi olduğuna görə, onu tövsiyə etmək olar.

Humus yeməyinin əsasını noxud təşkil edir. B6 vitamini ilə zəngindir və serotonin sintezi üçün vacibdir.

Qarğıdalını gecə qəlyanaltı kimi konservləşdirilmişin əvəzinə, qaynadılmışını seçmək daha yaxşıdır.

Balıq gecə yemək yeyənlər üçün əla seçimdir. Tərkibindəki Omeqa-3 yağ turşuları orqanizm üçün faydalıdır. Balıqdakı zülal maddələr mübadiləsinı sürətləndirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 286 312 285 262 282

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.