reklam
Qərb qoşun göndərir, Rusiya nüvə silahını işə salır – Dünya yeni müharibənin astanasında Qərb qoşun göndərir, Rusiya nüvə silahını işə salır – Dünya yeni müharibənin astanasında https://take.az/uploads/posts/2024-05/1715174796_rusiya-ukrayna-900x506.png
ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 8-05-2024, 22:25

Qərb qoşun göndərir, Rusiya nüvə silahını işə salır – Dünya yeni müharibənin astanasında

Qərb qoşun göndərir, Rusiya nüvə silahını işə salır – Dünya yeni müharibənin astanasında
Son günlər Kreml açıq şəkildə bəyan edir ki, NATO qüvvələri Ukraynaya gətirilsə, Rusiya adekvat cavab verəcək. Bir tərəfdən Rusiya taktiki nüvə silahlarının yer aldığı təlimlərə başlayır, digər tərəfdən Qərb cəbhəsi ordularının Ukrayna ərazisinə yerləşdirilməsinə hazırlaşır.

Rusiya-NATO qarşıdurmasının hərbi müstəviyə keçməsi mümkündürmü?

Duz.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Ukrayna münaqişəsinin yaranmasının əsas səbəblərindən biri NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi idi:

“Rusiya açıq şəkildə bildirib ki, NATO-nun ölkə sərhədlərinə doğru irəliləməsi rəsmi Moskva üçün birbaşa təhdiddir. Kremlin özünü müdafiə etmək haqqı var və “ən gözəl müdafiə hücumdur” prinsipini tətbiq edə bilər. Ukrayna ərazisində faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir. NATO blokuna daxil olan ölkələr Ukrayna münaqişəsində iştirak edir. Hətta bəzi dövlətlər muzdlu adı altında öz silahlı qüvvələrini Kiyevdə müharibəyə cəlb edib”.

Politoloqun fikrincə, Alyans qoşunlarının münaqişəyə cəlb olunması Rusiya üçün çox təhlükəlidir:

“Rusiyanın nüvə silahı təliminə başlaması Qərbə verilən mesajdır və bununla bağlı tədbir görülməlidir. ABŞ-ı qarşısına ala biləcək iki böyük dövlət var: Rusiya və Çin. Rusiya Birləşmiş Ştatlar üçün hərbi, Çin isə iqtisadi baxımdan təhlükə yaradır. Ona görə də sözügedən iki ölkə düşmən elan edilib. Hətta bütün sahələrdə Rusiyaya qarşı kampaniya gedir. Rusiya dünyada ən böyük nüvə doktrinasına malik ölkədir. Nüvə silahının işə düşməsi isə bəşəriyyət üçün təhlükəlidir”.

A.Məsiyevin sözlərinə görə, Ukrayna müharibəsindən əvvəl Rusiya ilə Qərb arasında iqtisadi əməkdaşlıq var idi:

“Qərbin Rusiyada təxminən 600 milyard dollar sərmayəsi var idi. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı idi. Bundan narahat olan Birləşmiş Ştatlar Ukrayna müharibəsini başlatmaqla həmin əməkdaşlığı da pozdu”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
22 30 45 37 27 22

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.