ice berg

ice berg Şeirlər 9-05-2024, 14:00

Anladım

Anladım
Baxıb saçlarıma düşən ağ telə,
Nə qədər boş vaxtı vermişəm yelə,
Sonraki peşmançılığı gətirib dilə,
İtmiş günün sədasında anladım.

Adamın varıyla tanınmaz insan ,
Pulun yox qohuma ,tanışa yadsan,
Müşahidə etsən qəbahət, nöqsan,
Ciblərimin boşluğunda anladım.

Göz dolar, bürüyər qəhər varlığın,
Gün ötər ,yox olar ,qalmaz sağlığın,
Kimsəsiz dünyada tənha qalmağın,
Mən atamın yoxluğunda anladım !

Seymuru batırıb həyat dərinə,
Dik dura bilməzki özgə yerinə,
Cavanlığı verdim namərd birinə,
Saçlarımın ağlığında anladım.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 376 349 324 276 321

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.