HASANLY

HASANLY İdman 9-05-2024, 13:08

Antonio Rüdiger komanda yoldaşını ələ saldı

Antonio Rüdiger komanda yoldaşını ələ saldı
Antonio Rüdiger komanda yoldaşı David Alabanı “Bavariya” ilə görüşdən sonra ələ salıb.

Məlumata görə, almaniyalı futbolçu “Bavariya” ilə görüşdə qalib gəldikdən sonra fotoqraflardan stul alaraq David Alabaya verib.

Futbolçu bunu etməsinin səbəbini belə izah edib.

“David Alaba Çempionlar Liqası oyunlarına çıxmadan finala vəsiqə qazandı. Oturaraq çempion olacaq. Ona “stulların kralı” demək istədim. Ona görə bunu etdim”.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən “Real Madrid” klubunun şərəfini qoruyur.

Xatırladaq ki, dünən Çempionlar Liqasının yarımfinal oyunları çərçivəsində baş tutan “Real Madrid” - “Bavariya” qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə qazanıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
251 295 238 250 227 270

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.