n2006

n2006 Xəbərlər 10-05-2024, 18:21

Dolu, leysan... - Faktiki hava

Dolu, leysan... - Faktiki hava
Mayın 10-u saat 16:00-a olan məlumata əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən LoaDinG.Az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Göygöl, Gədəbəy, Gəncə, Şəmkir, Qusar, Balakən, Zaqatala, Şəki, Qaxda yağış, Şahdağda isə zəif qar yağıb.

Gədəbəydə saat 14:10-14:18 radələrində diametri 9 mm, Daşkəsəndə saat 14:45-14:47 radələrində diametri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsi ərazisinə saat 15:00-15:18 radələrində 17 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR və Aran rayonlarında 20-24, dağlıq rayonlarda 9-12 dərəcə isti olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 245 170 227 204 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.