ABBASOV_MUSA

ABBASOV_MUSA Müxtəlif 11-05-2024, 21:30

gec də olsa bunları biri sənə deməlidi və başa düşməlisən:

gec də olsa bunları biri sənə deməlidi və başa düşməlisən:
2015, hansısa günlərdən.

Yadıma gəlir facebook-da status paylaşmışdı: "İlk dəfə onunla yanbayan gedərkən, təsadüflə əli, əlimə dəydi." Tez özüm-özümə sual verdim: "Görəsən məni nəzərdə tutur? Axı bu gün onunla görüşməmişəm." Onun aldığı nəfəsi də özümə ithaf sayırdım. Sevəndə belə olur axı hər xırda şeyi özünə aid eləməyə başlayırsan. Ona ünvanlı statuslar yazırdım. Oxuyurdu, amma ona aid olduğundan xəbəri yox idi. Soruşurdu: "Bunları kimə yazırsan?" Mən isə zarafatla "heç kimə" deyirdim. O da ünvanlı statuslar yazırdı, amma mənə yox.

gec də olsa bunları biri sənə deməlidi və başa düşməlisən:

dərdli statuslar paylaşmaqla heç nə düzələn deyil çünki,heç kimin vecinə deyil sənin ruh halın və həqiqətən necə olduğun (istisna ola bilər)

özünü kiməsə niyə bəyəndirməyə çalışırsan? ona görə hər şeyini dəyişməyə hazırsan sanki. doğru insan üçün bir gülüşün,söz,hərəkətin belə seviləndi.

kimlərinsə təsdiqini gözləmə.eləmisən yaxşı eləmisən.yenə olsa yenə edərsən.çünki belə olsun istədin.kiməsə açot verməli deyilsən.açot uçot işləri yalnız mühasibatlıqda ay sonu hesabatda qeyd edirsən nə isə)

hər şeydən təcrübə çıxarmağa çalış.bunun faydalarını sonralar görəcəksən.

cəsarətli ol ya hə ya yox ömür qısadı bəzi şeyləri qürur etməyə dəyməz.

və ən əsası özünə inan və güvən.

amma unutmuşam sən azca qayğı və diqqəti sevgi sanırsan olsun yenə də uğurlar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
405 338 283 302 291 327

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.