ice berg

ice berg Məşhurlar 11-05-2024, 21:55

"Onsuz harasa gedə bilmərəm"

"Onsuz harasa gedə bilmərəm"
"Övladım hardadısa, gəzintim odur. Onsuz harasa getmək mənlik deyil. Ancaq işlə bağlı gedirəm. Heç bir istirahətimi onsuz təsəvvür etmirəm".

Loading.aZ xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Günaylı gün" verilişində deyib. Sənətçi qızı Sahilə ilə getdiyi Bali istirahətindən danışıb.

"Dost qədri bilənəm, amma qədrimi bilməyəni silirəm. Dünya iki günlükdür, yaxşı və mərd yaşamaq lazımdır. Hər şey zamanından tez yaşandı, yaşımdan çox anlayıram" deyə, Gülay əlavə edib.

İfaçı bildirib ki, məşhurlaşandan sonra insanlar onun adını övladlarına qoyub:

"Sənətə təzə gələndə kimsə adımı soruşurdu. Deyirdim, amma anlamırdılar, çoxu Günay deyirdi. İndi isə hər yerdə Gülay adı məşhur olub. Hətta çoxu deyir ki, sizdən sonra qızıma Gülay adını qoymuşam".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
276 298 224 230 257 255

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.