ice berg

ice berg İdman 12-05-2024, 11:35

Mariya Stadnik Olimpiya Oyunlarına lisenziya qazandı

Mariya Stadnik Olimpiya Oyunlarına lisenziya qazandı
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Loading.aZ'ın məlumatına görə, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.

Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmabuela Liuzzi ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik Paris-2024-də vəsiqə əldə edib.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin üç üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
347 279 261 231 282 270

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.