ice berg

ice berg Xəbərlər 12-05-2024, 15:14

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfərinin niyə baş tutmamasını izah edib.

"Bizim ABŞ-yə səfərimiz iki tərəfin uyğun olmayan qrafikləri səbəbindən təxirə salındı. Bildiyiniz kimi, tezliklə ABŞ-də seçki keçiriləcək və cənab Baydenin qrafiki daha da gərginləşib. Belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda baş verir", - Türkiyə Prezidenti Ərdoğan Yunanıstanın "Kathimerini" qəzetinə müsahibəsində bildirib.
Qeyd edək ki, Ərdoğanın Vaşinqtona səfəri mayın 9-na planlaşdırılmışdı. Aprelin 26-da "Haber Global" telekanalı ABŞ-li rəsmiyə istinadən Türkiyə liderinin iş qrafikindəki dəyişikliklərlə əlaqədar səfərin ləğv edildiyini bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 243 211 211 195 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.