ice berg

ice berg Avto Dünya 13-05-2024, 16:00

Qlobal avtomobil satışlarının üçdə biri çinlilərin payına düşüb

Qlobal avtomobil satışlarının üçdə biri çinlilərin payına düşüb
Çin istehsalçıları qlobal avtomobil bazarının üçdə birini təşkil edir. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatında deyilir.

Məlumata görə, martda Çin brendlərinin satışı dünya üzrə satılan 8,15 milyon avtomobilin 33%-nə çatıb. "Toyota" 10,6 faizlə ən yüksək bazar payını qoruyub saxlayır, ikinci yerdə müvafiq olaraq 9,5 faiz və 7,4 faiz payla "Volkswagen" və "Hyundai" gəlir. İlk onluğa daxil olan yeganə Çin brendi "Geely" 738 mindən çox avtomobil satıb (3,5 faiz).

"Chery" və "Geely" də Avropa bazarının altı faizinə sahibdirlər. Avtomobil nəhəngi "BYD" ucuz elektrik avtomobilləri ilə Çində 9 faiz satışa sahib olsa da, Avropadakı payı hələ 1 faizə çatmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
309 307 318 250 298 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.