ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 13-05-2024, 16:37

Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI

Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində sahibsiz itlərin hücumuna məruz qalmış yeniyetmə qızın son durumu açıqlanıb.

2013-cü il təvəllüdlü şəxs 11.05.2023-cü il tarixində saat 19:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə Respublika Klinik Xəstəxanasına gətirilərək Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib:

“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda pasiyentin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti stabildir”.

Qeyd edək ki, yeniyetmə qız mayın 11-i axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum ediblər. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
227 220 268 223 248 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.